
Səidə Dadaşovadan “Ay Aman” sürprizi !!!
Azərbaycanın sevilən sənətçisi Səidə Dadaşova məşhur türk sənətçisi Mahsun Kırmızıgülün unudulmaz “Ay Aman” hitinə yeni nəfəs gətirib. Müğənni mahnını özünəməxsus tərzdə ifa edərək, dinləyicilərə həm nostalji, həm də yenilik dolu bir musiqi hədiyyə edib.
Layihənin ən maraqlı məqamlarından biri isə rejissorun fərqli şəkildə klipi dinləyicilərə sevdirməsidir. Klipin rejissoru Ruslan Qarayevin yaratdığı vizual konsept və estetik görüntülər, mahnının duyğusunu daha da gücləndirib.
Sosial şəbəkələrdə yayımlandığı andan etibarən həm ifa, həm də klip izləyicilərin diqqətini çəkərək müsbət rəylər toplayıb.




